Paşinyandan ŞOK ƏMƏL: ölkədə yollar bağlandı, qubernatorlara əmr etdi ki...
- 20-02-2021, 12:56
- Dünya
Ermənistanın müxalifət partiyalarından ibarət Vətənin Xilası Hərəkatının 20 fevralda ümumxalq mitinqi planlaşdırılmışdı.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, qubernatorlara insanların paytaxt İrəvanda planlaşdırdığı mitinqdə iştirakının qarşısını almaq əmri verildiyi üzə çıxıb.
Ermənistanın "Past" qəzetinin məlumatına görə, son günlərdə səlahiyyətlilər yaxınlaşan etiraz aksiyasından narahat olmadıqlarını göstərməyə çalışsalar da, əslində bu belə deyil. Ermənistan hökumətinin başçısına müxalifətin mitinqinə çox sayda insanın toplanacağı barədə artıq məlumat verilib. Hökumətdən isə yerli idarəetmə orqanlarına bunun qarşısını almaq tapşırığı gedib. Nəşr oxşar təlimatların hüquq-mühafizə orqanlarına verildiyini qeyd edir. Bundan əlavə, yolları da diqqətdə saxlamaq tapşırılıb.
Qəzet yazır: “Mənbəmizin dediyinə görə, Paşinyana bölgələrdən insanların paytaxta axın etməsini qadağan etməyin çox çətin olacağını söyləyib. Paşinyan isə onlara mümkün qədər tez öz işini görməsini əmr edib”.
Qəzetin yazdığına görə, bəzi iqtidaryönlü dairələrin nümayəndələri etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalara nail olmaq üçün təxribatlara gedə bilər.
Xatırladaq ki, müxalifət Vətənin Xilası Hərəkatı 20 fevralda genişmiqyaslı mitinq keçirməyi planlaşdırıb. Ermənistan polisi artıq işəgötürənləri işçilərin müxalifət mitinqində iştirak etməyə məcburetmə cəhdləri ilə bağlı xəbərdarlıq açıqlaması yayıb.