Ərdoğanın 2 qırmızı xətti var - Səlvi
- 2-02-2021, 11:53
- Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstitusiya dəyişikliyi məsələsində 2 qırmızı xətti var.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu “Hürriyet” qəzetinin köşə yazarı Əbdülqədir Səlvi qeyd edib.
Onun sözlərinə görə, bu 2 qırmızı xətdən biri prezident idarəetmə sistemi, digəri isə unitar quruluşdur: “Konstitusiyaya dəyişikliklər prezident idarəetmə sistemindən imtina edilməsi mənasına gəlmir. Bu sistem dövlətin unitar quruluşu və konstitusiyanın ilk 4 maddəsi ilə qorunur. Yeni islahat prosesini başladan Prezident yeni və mülki konstitusiya təklifi ilə birgə yeni meydanoxuma ilə ortaya çıxdı”, - Səlvi bildirib.