ABŞ-ın nüfuzlu dərgisi Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən yazdı
- 30-01-2021, 13:31
- Dünya
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan tərəfləri Dağlıq Qarabağın dağılmış iqtisadiyyatını canlandırmaq və sülhün vacib tərkib hissəsi olan ticarət və dəmir yolu əlaqələrini gücləndirmək üçün birlikdə çalışmaq barədə razılığa gəliblər. Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri müzakirələrə başlamaq üçün şənbə günü Moskvada görüşəcəyi gözlənilir.
“Hər hansı bir hərbi əməliyyatda müharibəni qazanmaq bəzən sülhü qazanmaqdan daha asandır”, - deyə H.Hacıyev bildirib.
Azərbaycanlı siyasi analitik Əli Hacızadə, azərbaycanlılar və ermənilər arasında barışıq olmadan davamlı sülhün mümkün olmadığını söylədi: “Bu, əldə edilə bilən bir hədəfdir, amma hazırda çox çətindir”.Oxu.az