Türkiyə prezidenti islahata başlayacaqlarını açıqlayıb
- 19-01-2021, 14:45
- Dünya
“İqtisadiyyat və hüquq sahələrində keçirəcəyimiz islahatlarla bağlı hazırlıqlarımızı ictimaiyyətə təqdim etməyin vaxtı çatıb”.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Düzcə, Amasiya, Bartın və Karabük əyalət təşkilatlarının 7-ci növbəti konfranslarına canlı bağlantı zamanı çıxışında bildirib.
O, Türkiyəni 18 il əvvələ geri aparmaq istəyənlərə yarım əsrlik, bir əsrlik işlərlə cavab verəcəklərini bildirib: “İslahat gündəliyimizi formalaşdırmağa başladıq. İqtisadiyyatda və hüquqda atacağımız islahat addımları ilə bağlı hazırlıqlarımızın ictimaiyyətə təqdim olunması mərhələsi gəlib”.