Rusiyada mədən çöküb, ölən var
Rusiya Federasiyasının Tuva Respublikasında mədən çöküb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Məlumata görə, hadisə Tocin rayonunda baş verib. Hadisə zamanı mədəndə 42 nəfər olub. Onlardan biri qəza zamanı ölüb. Ölən şəxsin Çin Xalq Respublikasının vətəndaşı olduğu bildirilir.