Ermənistanda koronavirusdan ölənlərin sayı 2 828-ə yüksəlib
- 1-01-2021, 10:10
- Dünya
Ermənistanda daha 329 nəfərdə koronavirus aşkarlanıb.
“Azad Səs” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 159 738 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 2 828-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 685-ə yüksəlib. İndiyədək 143 355 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 12 870 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Report