Главная > Cəmiyyət / Manset > “Ordumuzun yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir” - Sahibə Qafarova
“Ordumuzun yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir” - Sahibə Qafarova2-10-2020, 10:30. Разместил: azadses |
“Azərbaycan əks-hücum əməliyyatlarını davam etdirir. Düşmənin hərbi texnikası və canlı qüvvəsi Azərbaycan ordusu tərəfindən məhv edilir. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır: “Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”. Вернуться назад |