Главная > Cəmiyyət > 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər səs verəcək
72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər səs verəcək30-08-2024, 10:30. Разместил: azadses |
72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə səs verəcək. "Report"un Muğan bürosunun məlumatına görə, o, 41 saylı seçki məntəqəsində qeydiyyatda olan 1924-cü il təvəllüdlü Surə Mirzəyevadır. Bildirək ki, 47 755 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 45 seçki məntəqəsi mövcuddur. 72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. 3 namizəd partiya tərəfindən, 4 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Dairə üzrə 5 məntəqədə veb kameralar quraşdırılıb. Вернуться назад |