Главная > Cəmiyyət / Manset > Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - VİDEO
Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - VİDEO29-09-2022, 17:40. Разместил: admin |
![]() Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər. Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Вернуться назад |