Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilib - VİDEO
![](/uploads/posts/2022-09/medium/1664455863_b3f920e4e3c7eb015f9ad426af5355e0.jpg)
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.
Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.