Главная > Cəmiyyət / Manset > “Location” gecə klubunun sahibi məlum oldu
“Location” gecə klubunun sahibi məlum oldu3-04-2022, 15:30. Разместил: admin |
Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub. “Azadsəs.az”ın əldə etdiyi məlumata görə, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur. Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib. Qeyd edək ki, “Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi. Xatrıladaq ki, hadisə ilkin ehtimalla qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib. Вернуться назад |