“Location” gecə klubunun sahibi məlum oldu
Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub.
“Azadsəs.az”ın əldə etdiyi məlumata görə, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.
Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.
Qeyd edək ki, “Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi.
Xatrıladaq ki, hadisə ilkin ehtimalla qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.