Главная > Cəmiyyət / Manset > Oğuzda motosiklet aşıb: Sürücü və sərnişin xəstəxanalıq oldu

Oğuzda motosiklet aşıb: Sürücü və sərnişin xəstəxanalıq oldu


20-07-2021, 09:10. Разместил: azadses
Oğuz rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bayan kənd sakini 1987-ci il təvəllüdlü Ürfan Bayraməliyevin idarə etdiyi motosiklet kənd ərazisində aşıb.

Nəticədə sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Şahlar Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад