Главная > Cəmiyyət > Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi19-01-2021, 16:45. Разместил: azadses |
Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib. ''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib. Həmin sənədlər aşağıdakılardır: 1. Türkiyə Respublikasının diplomatik pasportu; 2. Türkiyə Respublikasının xüsusi pasportu; 3. Türkiyə Respublikasının xidməti pasportu; 4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən). 5. Türkiyə Respublikasının Dənizçinin kitabı; 6. hava gəmisi heyətinin səyahət sənədi; 7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi; 8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün). Вернуться назад |