Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
- 19-01-2021, 16:45
- Cəmiyyət
Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Həmin sənədlər aşağıdakılardır:
1. Türkiyə Respublikasının diplomatik pasportu;
2. Türkiyə Respublikasının xüsusi pasportu;
3. Türkiyə Respublikasının xidməti pasportu;
4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən).
5. Türkiyə Respublikasının Dənizçinin kitabı;
6. hava gəmisi heyətinin səyahət sənədi;
7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;
8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).