azadses.az » Cəmiyyət » Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

Nazirlikdən ermənilərin Kəlbəcərdə nadir ağaclara qarşı ekoloji terroru ilə bağlı AÇIQLAMA

“Kəlbəcərdə çox qiymətli meşə massivlərimiz var. Orada enliyarpaqlı ağaclar çox yayılıb. Kəlbəcər meşələrində çoxlu sayda palıd, vələs, cökə, fındıq, fıstıq, xüsusən, ayı fındığı meşələri var. Hətta ayı fındığı meşələri Azərbaycanın dövlət tərəfindən mühafizə olunan meşələr siyahısına düşüb”.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Azərbaycana qaytarılan Kəlbəcər rayonunun meşə sahələri ilə bağlı danışan zaman bildirib.
O qeyd edib ki, ayı fındığı meşəsinin ümumi sahəsi işğaldan əvvəl 968 hektar olub, ona Azərbaycanın başqa meşələrində nadir halda rast gəlmək olur. Kəlbəcərdə, dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitir:
“Burada ayı fındığı ağaclarının hündürlüyü 25 metrə, diametri 50-120 santimetrə çatır. Onların vəziyyətinin nə yerdə olması barədə ətraflı monitorinq apardıqdan sonra məlumat verəcəyik”.
“30 il ərzində Azərbaycan torpaqlarının işğalı və paralel olaraq, ekoloji terroru müşahidə etmişik. Bu terror həm Qarabağ ərazisində, həm də həmsərhəd olan Azərbaycan ərazisində həyata keçirilib.
İstər meşələrin kəsilib satılması, yandırılması, dağıdılması, istərsə də geoloji, qızıl və qiymətli metalların qanunsuz istismarı, su hövzələrinin dağıdılması, çirkləndirilməsini qeyd etmək olar.
Düşmən oradakı su hövzələrini yay aylarında bağlayaraq, Azərbaycanın digər rayonlarını susuz qoyub, qışda isə su hövzələrinin açılaraq torpaqların su basmaya məruz qalıb. Mənfur ermənilər təbiətə düşmən kəsilərək bunlar həyata keçiriblər. Təbi ki, bundan Kəlbəcər də kənarda qalmayıb.
Yaşı minlərlə olan qayaüstü abidələr dağıdılıb, üzərində olan rəsmlər, qeydlər silinib, məhv edilib, hətta erməniləşdirilməyə çalışılıb. Bütün dünya ermənilərin Kəlbəcər rayonundan çıxan zaman evləri, meşələri məhv etməsini izləyib”, - deyə H.Əlizadə qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, ermənilərin törətdiyi ekoloji terror aktları barədə məlumatlar dünyaya çatdırılacaq:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Qarabağın ərazilərində ermənilərin yol verdikləri vandallıqlar qiymətləndiriləcək. Beynəlxalq təşkilatlar dəvət ediləcək, vurulan ziyan hesablanacaq və dünyaya bu barədə məlumat veriləcək. Beynəlxalq məhkəmələrə müraciət olunub, təzminat məsələsi qaldırılacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"