Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmr verildi
- 5-11-2019, 11:53
- Cəmiyyət
İl sonuna kimi qiymətləndirilmənin qaydalara uyğun təşkili tapşırılıb
Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə əmr imzalayıb.
Əmrdə qeyd olunub ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etmiş və ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib.
Bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının, Respublika İncəsənət Gimnazıyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına müsiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin sosial rifahının artırılması, eyni zamanda ümumi təhsil müəssisələrində çalışan psixoloqların peşəkarlıq səviyyələrini və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə həmin kateqoriyaya daxil olan təhsilverənlərin bu ilin sonunadək diaqnostik qiymətləndirməyə cəlb olunması zərurəti yaranıb.
İnsan resursları şöbəsinə diaqnostik qiymətləndirmənin cari ilin sonunadək “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”na uyğun təşkili və keçirilməsinin təmin edilməsi tapşırılıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (Ö.Eldarov), Bakı Xoreoqrafiya Akademiyası (T.Əfəndiyev), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (C.Mahmudova), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (F.Bədəlbəyli) və Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) qiymətləndirmənin müsahibə və qabiliyyət imtahanı mərhələlərinin adıçəkilən müəssisələrin tədris binasında keçirilməsi, qabiliyyət imtahan komissiyasının formalaşdırılması və imtahan məkanında müvafiq şəraitin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Əmrin icrasına nəzarət aparat rəhbərinə həvalə edilib.