"GÜLSAM" ƏLİLLƏRİN REABLİTASİYA İctimai Birliyinin "Sosial yardımın göstərilməsi" layihəsi - FOTOLAR
- 27-10-2020, 21:28
- Cəmiyyət
Azarbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Taşkilatlarına Dövlət Dəstəyi Şürasının maliyyə dəstəyi ilə “GÜLSAM” Əlillərin Reablitasiyası lctimai Birliyi “Koronavirusdan zərər çəkən imkansız ailələrə Sosial yardımın göstərilməsi” layihəsində 45 nəfər əlilə və digər aztəminatlı ailələrə, yataq xəstələrinə evlərində də sosial işçilərin vasitəsi ilə 50 manat dəyərində, OBA supermarket MMC-dən alınmış kponlar çatdırılaraq, vətəndaşlara COVD 19 pandemiya xəstəliyinə görə qoyulmuş qadağalara riyayət edərək “GÜLSAM” ƏRİB -nin Bakı və Ağsu ofislərində, Yasamal rayon YAP-ın binasına dəvət edərək kponları təqdim etdik. Layihədə Yasamal rayon 17 saylı seçki məntəqəsinin Millət vəkili Elnur Allahverdiyevin nümayəndəsi, seçiciləri aztəminatlı ailələrnin dəvətində dəstək olması üçün Malik Qurbanov, ”GÜLSAM” ƏRİB -nin sədri Gülnarə Səlimova və sədr müavini Vitaliy İsakov və Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbasqızı, AzTac.az və Qafqazmedia.Az saytlarının baş redaktoru Mirdaməd Əzizov yaxından iştirak etdilər.