Əlillərin işlə təmin olunmasına Nazirlikdən müsbət cavab gəldi"- DÖVLƏT DƏSTƏK OLACAQ-FOTO
- 14-09-2020, 21:19
- Cəmiyyət
İyunun 4-də "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və sədr müavini Vitali İsakovla görüşmüşdük. Görüşümüzün məqsədi dairəmizin sakinləri olan fiziki məhdudiyyətli vətəndaşlarımızın məşğulluq probleminin çözülməsi ilə bağlı müştərək layihənin müzakirəsi idi. Qərara gəlmişdik ki, 40 nəfər sakinimizi işlə təmin edəcək birgə layihəyə start verək. Dövlətimizin dəstəyi və sosial tərəfdaşlarımızın köməyi ilə niyyətimizin reallığa çevriləcəyinə inamımız böyük idi. Odur ki, təqribən 3 aya yaxındır layihənin üzərində iş gedirdi. Nəhayət, niyyətimizi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə ünvanladığımız məktubda bildirdik və layihəmizi təqdim etdik.
Ötən həftənin sonunda nazirlikdən aldığımız cavabda bildirilir ki, dövlətimiz təşəbbüsümüzün reallaşması üçün bizə kömək edəcək və bir neçə istiqamətdə dəstək verəcək.Cavab məktubunu alan kimi Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının binasında Gülnarə xanım və Vitali müəllimlə bir daha görüş keçirib planlarımızı və prosesin işə düşməsi üçün atacağımız addımları müzakirə etdik. Bu həftədən texniki məsələlərin həllinə start veririk. Yeri gəlmişkən, layihəmizin hazırlanması prosesində bizə dəstək verdiyinə görə Yasamal Rayon İcra Hakimiyyətinə də təşəkkürümüzü bildiririk. Yaxın günlərdə İH-nin başçısı cənab Elşad Həsənovla görüşüb layihə çərçivəsində yaradılacaq sexin yerləşəcəyi bina barədə müzakirələr aparacağıq. Xatıraldıram ki, layihəmiz fiziki məhdudiyyəti olan vətəndaşlarımıza dərzilik sənətinin öyrədilməsi və onların işlə təminatını nəzərdə tutur.
Dostlar, bir işə başlayarkən, ələxüsus da əgər o iş xeyirxah məqsədlidirsə, inanmaq lazımdır. Bütün çətinliklərin çözümü inamdadır. Biz də inanır və bilirdik ki, dövlətimiz səsimisə səs verəcək. Unutmayaq: biz birlikdə güclüyük - Siz, biz və Dövlətimiz!