Bakı avtovağzalı fəaliyyətini bərpa edir? – RƏSMİ AÇIQLAMA
- 5-09-2020, 11:22
- Cəmiyyət
Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunmuşdur.
''Azad Səs'' Qazet.az-a istinadən xəbər verir ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır: – Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir; – Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Bəs Bakı Beynəlxalq Avtovağzal Kompleksi fəaliyyətini bərpa edir?
Qazet.az-ın suallarını cavablandıran Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, bununla bağlı rəsmi qərar hələ ki, yoxdur.
“Hələ şəhərlərarası və beynəlxalq gediş-gəliş olduğu qaydada qalır. Hələ ki, qapalı məkanlarda “mall”lar və digər ticarət mərkəzləri bağlıdır. O cümlədən də Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki ticarət mərkəzləi”, – deyə Pərvin Məmmədova qeyd edib.
Qeyd edək ki, avtovağzalında fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq bərpa edilə bilər.