İki dövlət qurumu narkotiklərlə mübarizəyə dair tədbirlər planı imzalayıb
- 29-01-2024, 19:48
- Cəmiyyət
Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Məqsəd cəzaçəkmə müəssisələrində narkotik maddələrlə bağlı əks-təbliğat işinin daha da gücləndirilməsidir.
Tədbirlər planı çərçivəsində Penitensiar xidmətin əməkdaşları üçün müvafiq mövzuda təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulub.