Prezident Dövlət agentliyinə 2,2 milyon manat ayırdı
![](/uploads/posts/2022-08/medium/1661260012_ferman-3.jpg)
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyənin təmin edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilib.