“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Beyləqanda keçiriləcək
- 3-10-2023, 14:24
- Cəmiyyət
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda keçiriləcək.
“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqanda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 4-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.