“Açıq mikrofon” Mingəçevirdə olacaq
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Mingəçevir şəhərində təşkil olunacaq.
“Azadsəs.az” xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.