Novruz Aslan: “Hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var"
- 30-08-2023, 17:00
- Cəmiyyət
“Mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var".
“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
“Bizim tərəfdaşlar soruşa bilərdilər ki, Qızıl Aypara Cəmiyyəti nə üçün gecikib? Biz orada problemin olub-olmamasını müəyyən etməliyik. Ancaq mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var. Bu mənim subyektiv mövqeyimdir. Ancaq bizim tərəfdaşlarımız tərəfindən müəyyən rəylər var. Onların rəylərinə əsasən, biz sülh məramımızı göstərmək üçün həmin insanlara yardım etmək qərarına gəlmişik".
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.