Naxçıvanda I yarımildə 200-ə yaxın elektron imza sertifikatı verilib
- 7-07-2023, 21:31
- Cəmiyyət
Bu ilin I yarısında Naxçıvan MR-da 1-i vətəndaş, 5-i sahibkar, 30-u hüquqi şəxs, 163-ü dövlət qurumu olmaqla, ümumilikdə 199 "Elektron imza" sertifikatı verilib.
Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib.
Sertifikat əldə etmək üçün hüquqi şəxslər 72 manat, dövlət qurumları 58 manat, sahibkarlar 36 manat, vətəndaşlar isə 18 manat dövlət rüsumu ödəyir. "Elektron imza"dan istifadə müddəti 3 ildir. Sertifikat vaxta qənaəti, məxfiliyi, rahatlığı, bütünlüyü, tanınmanı, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsini, vətəndaşla hökumət arasında elektron informasiya münasibətlərini təmin edir.