Azərbaycan Rusiya ilə Samur Hidroqovşağının birgə istismarını müzakirə edib
- 7-07-2023, 20:44
- Cəmiyyət
Azərbaycan və Rusiya arasında iki ölkənin sərhədində yerləşən Samur Hidroqovşağının birgə istismarı məsələsi müzakirə edilib.
“Report” bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının ötən gün videokonfrans formatında keçirilmiş 24-cü görüşündə baş tutub.
Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb. Müzakirələr nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər Nazirliklərinin, eləcədə Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.