Bakıda Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşü keçirilib
- 16-06-2023, 17:16
- Siyasət
Bakıda Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü keçirilib.
"Report" bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Komissiyanın Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.