Avtoxuliqanlıq edərək bunu sosial şəbəkədə paylaşan sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb
- 26-06-2023, 17:33
- Cəmiyyət
Şəkidə avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşım edən sürücü son bir ildə 7-ci dəfə cəzalandırılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, avtomobildə konstruksiya dəyişikliyinə yol verən və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Belə ki, Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və onun avtoxuliqanlıq hərəkətləri vətəndaşların da haqlı narazılığına səbəb olub. Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib. Elmir Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, Elmir Hacıyev buna qədər son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb