Tovuzda kümçülərə ipəkqurdları paylanılıb
- 13-06-2023, 12:44
- Cəmiyyət
Tovuz rayonunda baramaçılıq ilə məşğul olan 55 kümçüyə ümumilikdə 170 qutu tut ipəkqurdu paylanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı Tovuz rayonunda da müvafiq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə 2023-cü il ərzində Tovuz rayonunda baramaçılıq ilə məşğul olan 55 kümçüyə ümumilikdə 170 qutu tut ipəkqurdu paylanılıb və ümumilikdə 6800 kq yaş baramanın tədarük olunması planlaşdırılıb.
Yaş baramanın təhvil verilməsi prosesində bildirilib ki, kümçülərdən indiyə kimi ümumilikdə 4718.5 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil götürüblər.
Kümçülər həm ipəkqurdunun paylanılması, həm də istehsal və təhvil proseslərində yaradılan şəraitdən razılıq edib, göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib və nəzərdə tutulan məhsulun tam olaraq tadarük olunacağından əmin olduqlarını vurğulayıblar.