“Bravo” fəaliyyətini bərpa etdi
- 5-03-2023, 12:27
- Cəmiyyət
Silahlı insidentlə bağlı xidmətini müvəqqəti dayandıran “Bravo” hipermarket fəaliyyətini bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, hipermarket artıq bu gün səhər saat 07:00-dan etibarən fəaliyyətini davam etdirir.
Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib. Hadisə nəticəsində BRAVO müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.
Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.