Azərbaycan Prezidenti GUÖAM-la bağlı sənədi təsdiqlədi
“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qeyd edək ki, sənəd 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.