Mikayıl Cabbarov Azərbaycan xalqını təbrik etdi
![Mikayıl Cabbarov Azərbaycan xalqını təbrik etdi](/uploads/posts/2022-12/zyhamc9jan5zr2y6yecmmwyt4k6ikumkhspnptkp-1-1-1-1-1.jpg)
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mübasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, nazir təbrikini “Twitter” hesabında çatdırıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - milli birliyimizi, həmrəylik amalını, qətiyyət və bölünməzlik kimi ümumbəşəri dəyərləri təcəssüm etdirir. Bu əlamətdar tarix münasibətilə səmimi təbriklərimizi çatdırır, firavanlıq və sülh arzulayırıq”, - deyə o qeyd edib.