Ağdam, Füzuli və Xocavəndə birgünlük turlar təşkil olunacaq
- 14-12-2022, 12:24
- Cəmiyyət
“Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq ilkin rekreasiya infrastrukturu qurulub. Bundan əlavə, Dövlət Turizm Agentliyi (DTA) tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu DTA sədri Fuad Nağıyev “Xalq qəzeti”nə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb:
“Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”.