Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub - FOTO
- 27-06-2022, 20:22
- Cəmiyyət
İyunun 27-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Bildirilib ki, İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Fuad Nağıyev iki qonşu ölkə arasında turizm sahəsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələsinin mühümlüyünü vurğulayaraq Azərbaycana səfər edən vətəndaşların sayına görə İranın ilk üçlükdə qərarlaşdığını diqqətə çatdırıb.
Agentlik sədri postpandemiya dövründə turizmin sürətli bərpa prosesi fonunda İrandan gələn turistlərin sayının tezliklə pandemiyadan əvvəlki rəqəmlərə çatacağına ümid etdiyini bildirib.
Seyid İzzətullah Zərqami öz növbəsində iki ölkə arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunun turizm əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Görüşdə Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanmış sənədin reallaşdırılmasının vacibliyi, viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi üzrə aktiv işlərin aparılması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Fuad Nağıyev iranlı həmkarını Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, Seyid İzzətullah Zərqami isə öz növbəsində Fuad Nağıyevi İrana səfərə dəvət edib.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64833 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77% artım deməkdir.