Sarıbaba yüksəkliyində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib - FOTO
![](/uploads/posts/2022-11/medium/1669121900_fotojet-2022-11-22t163214_256.jpg)
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.
![](/uploads/posts/2022-11/medium/1669121849_6aa6cc8d3878890b1d2d163b85219c88.jpg)