azadses.az » Cəmiyyət » “Ermənilər avtomobilimi atəşə tutdular, maşın minaya düşdü”

“Ermənilər avtomobilimi atəşə tutdular, maşın minaya düşdü”

Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimovun ikinci Qarabağ döyüşlərində minaya düşdüyü müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mənsimovun özü “Azərbaycan” qəzetinə müsahibəsində danışıb.

Mənsimovun sözlərinə görə, hadisə oktyabrın 21-də Füzuli istiqamətində baş verib:
Ətraflı

“Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim. Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı.

Ümumiyyətlə isə, tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu”.

Tehran Mənsimov bildirib ki, döyüşlər zamanı 24 kilo çəki itirib:

“Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım.

Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  2. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  4. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  5. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  6. Binədə yolu keçən qadını avtomobil vurub
  7. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  8. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  9. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  10. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?