“Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilib
- 10-10-2022, 21:17
- Cəmiyyət
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Bu barədə Prezident.az məlumat yayıb.
Fərmana əsasən, adı çəkilən şirkət publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Yeni qurum Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edir. Onun ləğvi və yenidən təşkili ilə bağlı təsisçinin səlahiyyətləri dövlət başçısına, “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş digər səlahiyyətlər isə Agentliyə həvalə edilib.
Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.
Fərmanla Nazirlər Kabinetinə Xidmətin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini 2 ay müddətdə təsdiq etmək, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.