Bakıda gənc üçüncü mərtəbədən yıxılaraq komaya düşüb - FOTO
Bakının Nəsimi rayonunda ehtiyatsızlıqdan bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.
Belə ki, beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1997-ci il təvəllüdlü Quliyev Rüfət Vidadi oğlu yataq otağının pəncərəsindən yıxılıb.
O, zərbə nəticəsində baş və bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alıb.
Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.