Məktəblərdə Bilik Günü qeyd edilməyəcək - YENİLƏNİB
Elm və Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Gününün qeyd edilməyəcəyi barədə məlumatı təsdiq edib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən 50 hərbi qulluqçumuz şəhid olub.
Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr - Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
09:40
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə Bilik Günü qeyd edilməyəcək.
Oxu.Az-ın məlumatına görə, artıq bu barədə məktəb rəhbərlərinə məlumat verilib.
Buna səbəb Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribat törətməsidir.
Belə ki, Bilik Günü ilə bağlı təhsil ocaqlarında tədbir zamanı Dövlət Himni səsləndiriləcək, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, xüsusi bəzəklərdən və musiqidən istifadə olunmayacaq.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.