Denis Fedutinov: “Azərbaycan PUA-larının çeşidi qlobal tendensiyaları əks etdirir” - MÜSAHİBƏ
- 8-09-2022, 14:23
- Cəmiyyət
Bu gün, sentyabrın 8-də Bakıda “ADEX-2022” 4-cü Beynəlxalq Müdafiə Sərgisi başa çatır. Bu sərgidə 30-a yaxın ölkədən 200-dən çox şirkət iştirak edirdi. Təqdim olunan silah nümunələri “ADEX-2022” sərgisinə gələn bir çox beynəlxalq ekspertlərin marağına səbəb olub. Sərgini ziyarət edənlər arasında pilotsuz təyyarələr sahəsində aparıcı rusiyalı ekspert, “Pilotsuz Aviasiya” nəşrinin baş redaktoru Denis Fedutinov Oxu.Az-a müsahibəsində təəssüratlarını bölüşüb:
- Qeyd edim ki, pilotsuz təyyarə mövzusu kifayət qədər geniş təqdim olunub. Builki ekspozisiyanın xüsusiyyətlərindən biri göyərtəsində silah daşıya bilən yüngül PUA-ların sayında nəzərəçarpacaq artımdır. Ümumilikdə bu, belə sistemlərin payının genişləndirilməsi istiqamətində qlobal tendensiyaları əks etdirir. Bu, bir növ ənənəvi böyük döyüş pilotsuz aviasiyasına asimmetrik cavabdır. Ucuz, yüngül dronlar zərbə tapşırıqları yerinə yetirməyə qadirdir.
- Azərbaycan bir çox dronlarını təqdim edib. Bunlar “Qırğı” və “Quzğun” kamikadze pilotsuz uçan aparatları (həm kəşfiyyat, həm də zərbə vurma qabiliyyətinə malikdir), eyni zamanda 1 mm və 60 mm-lik minaatanlarla təchiz olunan “Qartal” və “Şahin” bombardmançı dronlarıdır. Azərbaycanda həmçinin “Ovçu”, “İti qovan” və bir çox başqa PUA-lar hazırlanıb...
- Yüngül pilotsuz uçuş aparatlarının payının genişləndirilməsi tendensiyalarına uyğun olaraq Azərbaycanın multirotorlu PUA xətti yaradılıb. Bu PUA-lar kəşfiyyat və müşahidə avadanlığı ilə yanaşı, atıla bilən döyüş sursatları ilə də təchiz edilib.
- Yeri gəlmişkən, bir qədər əvvəl demişdiniz ki, Azərbaycan PUA seçimində Türkiyəyə üstünlük verir...
- Həqiqətən də son illər Azərbaycan tədarükçünü İsraildən Türkiyəyə dəyişmək kursunu nümayiş etdirib. Eyni zamanda, İsrailin IAI, “Elbit Systems”, “Aeronautics” və “Rafael” kimi pilotsuz sistemlər hazırlayan bütün iri şirkətlərinin Bakıya gətirilən geniş ekspozisiyalarını nəzərə alsaq, İsrail müəyyən revanş əldə etməyə çalışacaq. İsraillilərin pozitiv əhvala köklənməsi, görünür ki, onların öz texnologiyalarına və təklif etdikləri texniki həllərə inamlarından irəli gəlir.
Bununla belə PUA sistemləri bazarı kifayət qədər siyasiləşib və burada uğur qazanmaq müxtəlif meyarlara uyğunluqdan asılıdır. Bu meyarlar isə dinamik şəkildə dəyişir, ona görə də bu və ya digər tərəfin üstünlükləri barədə birmənalı danışmaq hələ çətindir.