azadses.az » Cəmiyyət » Repetitorlar məktəbləri yersiz edirlər? - “Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır” + FOTO

Repetitorlar məktəbləri yersiz edirlər? - “Birinciləri imtahana cəlb etmək ağılsızlıqdır” + FOTO

“Hər birimiz öz övladımızın təhsil almasında maraqlı olmalıyıq. Övladlarımızı imtahanla sınağa çəkməməliyik. İmtahanı yersiz hesab edirəm”.

Bunu birinci sinfə qəbul olunacaq uşaqların repetitor yanına getməsi ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Xatırladaq ki, məktəblərdə birinci siniflərə qəbul imtahanı keçirilir. İmtahandan keçə bilməyən şagird kənarda qalır. Valideyn də məcbur olub, uşağı repetitor yanına qoyur ki, övladı imtahan prosesindən keçə bilsin. Əvvəlki dövrlərdə uşaqlar məktəbə imtahansız qəbul olunurdular. Yəni uşağa oxumağı, yazmağı məktəb öyrədirdi. İndi isə tam fərqli mənzərə yaranıb. Uşaq məktəbə tam hazır vəziyyətdə gedir. Əvvəllər repetitor yanına yuxarı siniflərdə gedirdilərsə, indi ibtidai, hətta birinci sinif şagirdi olmayan uşaqlar da gedirlər.

Maraqlıdır, bu nədən irəli gəlir? Məsələnin kökü təhsilin zəifliyindəmi dayanır, yoxsa başqa amillər var?

Ş.Əsgərovun sözlərinə görə, birinci sinfə gedəcək uşağın imtahan verməsi ağılsız addımdır:



“Güman edirəm ki, hər bir dövlət öz uşağının, gəncinin təhsil almasında maraqlı olmalıdır. İmtahanı yersiz hesab edirəm. Birinci sinifə daxil olmaq üçün uşaqlar imtahan verməməlidirlər. Müharibə şəraitində böyümüş uşaqları yenidən imtahan edib, birinci sinfə götürmək çox ağılsız bir şeydir. Bununla razı deyiləm. Uşaqlar imtahan edilməməlidirlər. Onlar məktəbdə müəllimdən öyrənməlidirlər, repetitordan yox”.

Bəs övladını birinci sinfə hazırlayan və artıq bu illəri geridə qoyan valideynlər bu barədə nə düşünürlər?

Övladını birinci sinifə hazırlayan valideyn Nabat Quliyevanın sözlərinə görə, imtahandan keçmək üçün məcbur qalıb o da uşağını repetitor yanına qoyub:

“Qızım Nuray bu il birinci sinfə getməlidir. Bunun üçün bir il öncə onu məktəbəhazırlıq qruplarına qoydum. Əlavə olaraq dil fənləri üzrə də repetitor yanına apardım. İmtahandan keçməsi üçün ona çox kömək oldu. Nuray artıq birinci sinfə tam hazırdır. Məktəbdə dərslərindən çətinlik çəkməyəcəyini düşünürəm”.

N.Quliyeva qeyd edib ki, məktəb getmədən öncə uşağın hazırlaşması ona çox kömək olur:

“Düzdür, əvvəllər belə deyildi. Uşaqlar dərslərini məktəbdə öyrənirdilər. Lakin indi dövr dəyişib. Biz də ona uyğunlaşmağa çalışırıq. Övladlarımızın savadlı olması üçün əlimizdən gələni edirik. Düşünürəm ki, məktəbə getmədən öncə hazırlıq prosesi uşağa çox kömək olur”.

Övladlarını illər öncə birinci sinfə hazırlayan valideyn Elşad Qarayev isə əlavə edib ki, uşaq oxumağı, yazmağı məktəbdə öyrənməlidir:

“İki övladım var. Biri 10-cu, digəri 7-ci sinfi bitirib. Məktəbə getməmişdən öncə mən onları repetitor yanına qoymamışam. İlk öyrəndikləri məktəbdən olub. Yuxarı siniflərdə repetitor yanına gediblər. Bunu inkar edə bilmərəm”.

E.Qarayev qeyd edib ki, repetitor yanına gedən uşaqlar üçün artıq məktəb maraqsız olur:

“İndi məktəbəhazırlıq qrupları yaradılır. Valideynlər uşaqları həmin qrupla yanaşı, əlavə müəllim yanına da qoyurlar. Bu, düzgün deyil. Uşaqları rahatlığa alışdırırlar. Uşaq məktəbə nəyə görə getdiyini bilməlidir. Hazır şəkildə gedən uşaq üçün artıq məktəb mənasız olur. Bu tendensiya aradan qaldırılmaldır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?