Qəbələdə Kəmaləddin Heydərovun vətəndaşlarla görüşü başladı - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 19 avqust 2022-ci il tarixində Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.
Hazırda qəbul davam edir.
12:16
Qəbələ rayonunda vətəndaşlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, nazir Qəbələ rayonunda vətəndaş qəbulu keçirir, amma əhali görüşdə iştirak edə bilmir.
Ərazidə izdiham yaranıb.