Səlim Müslümov həbs edildi
- 3-02-2021, 11:03
- Hadisə
Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs edilməsi xəbəri qohumları tərəfindən təsdiqlənib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.
Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, Səlim Müslümov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. Onu da nəzərinizə çatdıraq ki, S. Müslümov DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiv sərəncama əsasən o, vəzifəsindən azad edilib.