azadses.az » Cəmiyyət » “ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib - FOTO

“ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib - FOTO

İyulun 31-də Bakıda Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə “ASAP Forum 2022”nin bağlanış mərasimi keçirilib.

Forumun sonuncu gününə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva forumun keçirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, gənclərimiz dövlət tərəfindən dəstəklənən və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsillə bağlı gənclər proqramından yararlanırlar. Bundan başqa, dövlətimizin başçısının Sərəncamı ilə iyulun 22-də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Bu strategiyada da gənclərlə bağlı məsələlər öz əksini tapıb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov forum çərçivəsində keçirilən tədbirlər, panel müzakirələri və karyera sərgisinin gənclərə qazandırdığı üstünlüklərdən danışıb. Qeyd edib ki, forum xaricdə təhsil almış və məzun olmuş gənclərin formalaşmasında və onların şəbəkələşməsində mühüm rola malikdir. Forum çərçivəsində keçirilən karyera sərgisi gənclərimizə yeni iş və karyera imkanları yaradıb.

Daha sonra Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İdarə Heyətinin üzvü Bəxtiyar İslamov, Köln universitetinin tələbəsi Nəzrin Əliyeva, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəetməsi və Xalq Təsərrüfatı Akademiyasının məzunu Müseyib Həyat və yekun nitqi səsləndirən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru Rafael Hacıbəyli çıxış ediblər.

Bildirilib ki, regionlar üzrə qruplara bölünən gənclərin yaşadıqları ölkələrin problemləri, çətinlikləri dinlənilib və gənclərin sosial aktivliyini artıracaq layihə təklifləri edilib. Qruplar üzrə 10 layihənin təqdimatı keçirilib. Forum çərçivəsində xarici universitetlərdən məzun olmuş ekspertlər tərəfindən müxtəlif mövzularda panel müzakirələr və gənclərin şəbəkələşməsini təmin etmək məqsədilə müxtəlif şəbəkələşmə oyunları keçirilib.

Qeyd edək ki, 28-31 iyul tarixlərini əhatə edən və 23 ölkədən 300-dən çox gəncin iştirakı ilə keçirilən Forumun əsas məqsədi gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həllər təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.







DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"