azadses.az » Cəmiyyət » Şahin Rəhmanlı: “Bu gün ən şərəfli ad olan qazi və şəhid adını gənclərimiz daşıyır”

Şahin Rəhmanlı: “Bu gün ən şərəfli ad olan qazi və şəhid adını gənclərimiz daşıyır”

1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.

Bunu AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı söyləyib.

O qeyd edib ki, 2 fevral ulu öndər Heydər Əliyev tərəfindən gənclərə hədiyyə edilməklə yanaşı, eyni zamanda onların üzərinə böyük bir məsuliyyət qoydu: daha çox çalışmaq, daha çox oxumaq, daha sağlam olmaq, üstün bilik və bacarıqlara yiyələnmək, vətənini, ailəsini, millətini sevmək və vaxtı gələndə torpaqlarını yağı düşməndən azad edəcək qədər güclü və cəsarətli olmaq. Həmin dövrlərdə uşaq olanlar məhz bu dəyərlərlə tərbiyə olunaraq hər biri bir əsgərə çevrildi və əmr gələndə düşünmədən, qorxmadan, arxasına belə baxmadan irəli getdi, millətimiz də arxasından gəldi. 44 günlük Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsi - yaşlısı, qadını, uşağı sanki bir əsgər idi. Lakin gənclərimiz bu müqəddəs məsələdə xüsusi paya sahib idi. Düşmən gülləsinə qarşı cəsarətlə yeriyən əsgərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Zəfəri qazandı. Bu bir daha sübut edir ki, birliyimiz, vətənpərvərlik tərbiyəsi, xalqına, dövlətinə inam nə qədər vacib, nə qədər önəmlidir.

“İrəli” İctimai Birliyinin sədri qeyd edib ki, “Gənclər birliyimizin, gələcəyimizin təminatıdır. Bizim gənclərimiz, ağlını, ruhunu, istedadını, bacarığını, bu günü və gələcəyini öz ölkəsinə xidmət etməyi təməl hədəf görən, mənsubu olduğu millətin dəyərləri ilə zirehlənmiş bir vətənpərvərlik abidəsidir. Onlar hər bir sahədə yaxşı şəkildə yetişir. Milli-mənəvi dəyərlərimizə, tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə sahib çıxır. Ailəsinə və mənsubu olduğu millətimizə layiq olmaq üçün durmadan çalışır. Bu gün ən şərəfli ad olan qazi və şəhid adını gənclərimiz şərəflə daşıyır. Bu onlara olan inamı, etimadı və hörməti artırır.

Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” sözləri gənclərə və Dövlət Gənclər Siyasətinə olan diqqətin göstəricisi sayılmaqla bərabər, həm də gənclərin hərəkətverici bir qüvvəsinə çevrilib. Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, onlar sosial həyatın bütün sahələrində çoxluq təşkil edirlər. Qazanılan bir çox uğurlarda gənclərin adını görməmək mümkün deyil.

“İrəli” İctimai Birliyi komandası olaraq biz də “Dövlət Gənclər Siyasəti”ni rəhbər tutur, hər zaman gənclərimizin daha bacarıqlı, peşəkar, vətənpərvər, yeniliyə açıq, dəyərlərinə sadiq şəkildə formalaşması, onların hərtərəfli inkişafı üçün durmadan irimiqyaslı tədbir və proqramlar həyata keçiririk. Gənclər Günü də gənclərin bayramı olduğu üçün, hər il bu günü xüsusi təntənə ilə qeyd edirik. Bu il də xüsusi tədbirlərimiz nəzərdə tutulub. 2022-ci il yeni başlamasına rəğmən artıq “İrəli”nin cari il üçün fəaliyyət planı hazırdır. Buradan gənclərimizə səslənir, builki tədbirlərimizdə daha da aktiv iştiraka dəvət edirəm”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"