Bakı metrosu ilə bağlı YENİ XƏBƏR - Hamısı DƏYİŞDİRİLDİ...
- 1-02-2021, 15:35
- Cəmiyyət
Bakı metropolitenində dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. QSC sədrinin əmrinə əsasən, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib.
Yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:
"Stansiya rəislərinin yerdəyişməsi Bakı metropolitenində mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birndən fərqlənir.
Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq Bakı metropolitenində kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir".