azadses.az » Cəmiyyət » Azərbaycanda İLK: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - FOTO/VİDEO

Azərbaycanda İLK: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - FOTO/VİDEO

Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, “ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau” LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanılıb.

Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group ilə ASCO arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.

Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir. Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq.

Unikal layihənin uzunluğu 56 metr, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə (təxminən 11 km/s) bərabərdir. “ACB Argymak” 6 nəfərdən ibarət heyətlə idarə olunacaq.

Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.

Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.




DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”