21 yaşında Sovet İttifaqı Qəhrəmanı adı alan Mirzə Vəliyev: Haqqında niyə məlumatlar yoxdur? - ARAŞDIRMA
Alman faşizmi üzərində tarixi qələbənin 77-ci ildönümündə Qusar rayonundan olan və 21 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mirzə Dövlət oğlu Vəliyevin həyatı haqqında geniş məlumat yoxdur.
1923-cü ildə Qusarın Yuxarı Ləyər kəndində doğulan Mirzənin qohumlarının himayəsində böyüdüyü deyilir. Atasının vəfatından sonra isə anasının Qubanın Kürkün kəndinə ərə getdiyi bildirilir.
Lakin baş verənlər onun vətənpərvərliyinə təsir etməyib. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda könüllü olaraq almanlarla döyüşə yollanıb. Mirzənin Şimali Qafqazdan başlayan döyüş yolu Ukrayna, Polşa, Rumıniya, Bolqarıstandan keçməklə Macarıstanda sona çatıb.
Son döyüşü də elə Macarıstanda olub. Topçular bölməsinə rəhbərlik edən baş serjant Mirzə Vəliyevin şəxsi heyəti 1944-cü ilin 5 noyabrında düşmənin zirehli maşınlarını məhv edib.
Bu zaman ağır yaralanan Mirzə Vəliyev öləcəyini hiss edərək son mərmini topa qoyaraq atır. Özü də düşmən texnikasını məhv edərək qəhrəmancasına həlak olur. Ölümündən sonra 1945-ci ilin 24 martında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Lakin daha sonra Mirzənin harada dəfn olunması ilə bağlı məlumat yoxdur. Qusar tarix-diyarşünaslıq muzeyində də Mirzə Vəliyevin yalnız bir fotosu və haqqında qısa məlumat var.
Muzeyin direktoru Xatirə Nağıbəyova Bizim.Media-ya verdiyi məlumatda Qusarla bağlılığı olan Sovet İttifaqı Qəhrəmanlarının adlarını açıqlayıb. Onlar Adil Quliyev, Aleksandr Ribnikovdur:
“Sözügedən şəxslər haqqında məlumatlar olsa da, Mirzə Vəliyev haqda geniş açıqlama yoxdur. Muzey 1982-ci ildə yarananda Mirzə Vəliyevin təkcə bir fotosu bizə təqdim edilib”.
Qusarda uzun illər yaşadığımdan bilirəm ki, Sovet İttifaqı Qəhrəmanı olan Mirzə Vəliyevin adı sovet dövründə sovxozların birinin adını daşıyıb. Hazırda cəbhəyə könüllü getmiş Mirzə Vəliyevin Qusar şəhərinin mərkəzi N.Nərimanov adına istirahət bağında ağacların arasında qərib bir büstü var, vəssalam.
Çox istərdik ki, ləzgi xalqının oğlu olduğu deyilən Mirzənin xatirəsi də doğma vətəni Qusarda daha geniş anılsın. Hesab edirik ki, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin xatirəsinə sovetdən qalma bir büst çox azdır.
Həmçinin bildirim ki, Mirzə Vəliyevin büstü sovet dönəmində Xaçmazın Nabran kəndində də qoyulub. Adına mini park olsa da, sonradan onun büstü Nabran kənd məktəbinin həyətinə gətirilib.