Azərbaycanın fəxrinin doğum günüdür
Bu gün Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
“Azadsəs.az” xəbər verir ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub.
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.
Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.
A.Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Onun şərəfinə xatirə lövhələri, büst, küçə var. Albert Aqarunovun əziz xatirəsinə Bakıda adını daşıyan küçədə heykəl də ucaldılıb. O, heykəldə tank üstündə təsvir olunub.
Bu gün onun xatirəsinə ehtiram əlaməti olaraq heykəli önünə gül dəstələri, əklillər düzülüb, xalqımız Milli Qəhrəmanını yad edib.